Azərbaycan təyyarələri havaya qaldırıldı - Qarabağda MÜHARİBƏ BAŞLAYIR? (VİDEO)
Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttindəki vəziyyətə dair suala belə cavab verib: “İki gündür vəziyyət sabitdir, qeyri-adi heç nə yoxdur”.
Azia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.
““Müharibə başlaya bilərmi” sualına verdiyi cavab isə belədir: “Müharibə ehtimalı olsa xəbər edəcəm”. Bu cavablardan razı qalmayan erməni jurnalistin növbəti replikası özünü gözlətmir: “Axı qarşı tərəfin pilotsuz uçuş aparatları fəaldır”. Tonoyan yenə soyuqqanlı şəkildə cavab verir: “Bizim pilotsuz uçuş aparatları da perimetr boyu uçuşlar həyata keçirir”. Erməni jurnalist yenə əl çəkmir: “Qarşı tərəfdə xüsusi təynatlılar toplanır...” Tonoyan yenə eyni tərzdə cavab verir: “Xüsusi təyinatlılar bizdə də var””, - politoloq yazıb.
Onun sözlərinə görə, şübhəsiz ki, erməni jurnalist Ermənistan cəmiyyətini narahat edən sualları səsləndirir və özlüyündə Tonoyan verdiyi cavablarla guya cəmiyyəti sakitləşdirmərə çalışır, halbuki cavabları lağlağı xarakteri daşıyır və həqiqəti əks etdirmir:
“Ermənistan müdafiə nazirinin dediklərinin əksinə olaraq təmas xəttində vəziyyət gərgindir. Tonoyan Azərbaycanın hərbi təyyarələrinə qarşı uğursuz həyata keçirilən raket atəşinə də toxunmur. Paşinyan Tonoyanın əl-ayağını yığışdırmasa, təyin etdiyi müdafiə naziri Qarabağ klanından çox onun başını ağrıdacaq. Çünki havaya buraxılan raket Azərbaycanın hava sahəsindəki təyyarəmizi vursaydı, bu faktiki lokal toqquşma ehtimalını artıracaqdı. O ki qaldı, Qarabağ səmasında havaya qalxan hərbi təyyarələrimizə bu uçuşların sayını artırmaq lazımdır”.
Qeyd edək ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.
Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.
Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.