DİN "Instagram"la bağlı əhaliyə MÜRACİƏT ETDİ
Daxili İşlər Nazirliyi “Instagram”da geniş vüsət alan dələduzluqla bağlı müraciət edib.
Bu barədə nazirlikdən Azia.az-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, son günlər sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazılaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir. Daha sonra isə hədiyyəninin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.
DİN vətəndaşların diqqətinə bir daha çatdırır ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.