İRAN PKK ilə birlikdə azərbaycanlıları yurdlarından qovur - Aslan İsmayılovun şərhi
Son günlər Cənubi Azərbaycanda baş verənlər bütün duyarlı vətəndaşlarımızı narahat edir. İran dövləti tərəfindən etnik azərbaycanləlar yaşayan bölgələrə kürdlərin yerləşdirilməsi, Azəraycan türklərinin dədə-baba toraqlarından qovulması həm çox ciddi insani hüquq pozuntusu kimi, həm də azrbaycanlı soydaşlarımıza qarşı edilən etnik təmizləmə kimi qəlbimizi dağlayır. Ən son Sulduz şəhərinin bəzi kəndləridə azərbaycanlılara qarşı ediln vəhşilik fincanı daşıran son damla olub.
Belə ki, Qərbi Azərbaycanın (İran) Sulduz şəhristanına bağlı Saxsıtəpə kəndində yaşayan soydaşlarımız kürd separatçıları tərəfindən təhdid edilərək yurd-yuvalarından didərgin salınıblar. Hazırda kənd əhalisi Sulduzun mərkəzinə toplanıb.
Bir müddət əvvəl Sulduzun mərkəzində də türklərlə kürdlər arasında yaşanan insidentləri nəzərə alsaq, bu hadisənin İrandakı yeni proseslərə təsirsiz ötüşməyəcəyi bəllidir.
İranı daxilən parçalanması projesində Azərbaycan ərazilərinin, xüsusilə Urmunun seçilməsi təsadüfi deyil. Bir zamanlar bir ovuc kürdün yaşadığı bu bölgədə hələ 1946-cı ildə SSRİ-nin də təşviqi ilə ilk kürd “dövləti” Mahabadın qurulduğunu nəzərə alsaq, planın nə qədər qədim olduğunu anlaya bilərik.
Daha sonra bu dövlət dağıldı və qurucularının bir çoxu əvvəl SSRi-yə, ardınca da Şimali İraqa sığındılar və indiki Kürd Muxtar Respublikasını təsis etdilər. Səddam Hüseynin kürdlərə qarşı törətdiyi soyqırım nəticəsində İraqın şimalında məskunlaşan kürdlərin Qərbi Azərbaycana axınları başladı və vilayətin etnik xarakteri get-gedə dəyişilməyə başladı. Bu gün Qərbi Azərbaycanda türklərin sayı yenə çoxluq təşkil etsə də, İran rejimi kürdləri qəsdən idarə mərkəzlərinə məmur kimi yerləşdirdi. Beləcə, Urmudakı soydaşlarımız İran tərəfindən təşkilatlanmış bir kürd qüvvələri ilə qarşı-qarşıyadırlar.
Onların Türkiyə ilə sərhəddən köçürülmə planı da təsadüfi deyil. İran Türk oyanışından ciddi narahat olduğundan Türkiyə ilə sərhəddə bufer zona yaratmağa çalışır. Məhz bu səbəbdən də kürd separatçılarını Azərbaycan türkünə qarşı hücumlara həvəsləndirir, tarixi ərazilərimizi kənd-kənd boşaltdırırlar.
Tanınmış vəkil Aslan İsmayılov da bu məsələyə duyarsız qalmayıb: "Bu mövzuya heç toxunmaq istyəməzdim. Ancaq artıq bıçaq sümüyə dirənib. İran rejimi öz vətəndaşları olan azərbaycanlılara vaxtilə Ermənistanda azərbaycanlılara edilənləri təkrarlayır. Orada da hər hiylə ilə azərbaycanıları sıxışdırıb öz doğma yurdlarından didərgin salırdılar.
İndi də İran rejimi PKK kürdlərini azərbaycanlıların yaşadığı Sulduza köçürməklə süni konflikt ocağı yaradıb azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq istəyirlər. İranı müdafiə edən vətəndaşlarımızdan çox xahiş edərdim ki, bu məsələyə də münasibət bildirsinlər. Birmənalı deyirəm ki, İranla qonşu, dost münasibətinin olmasının tərəfdarıyam. Ancaq qonşu düşmənçilik edəndə susmaq da olmur."
Qeyd. Foto 1979-cu il Sulduz qətliamındandır.