azia.az
azia.az

Azərbaycan hökuməti quberniya sisteminə keçidə hazırlaşır? (ŞƏRH)

8-09-2021, 11:02

Azərbaycan hökuməti quberniya sisteminə keçidə hazırlaşır? (ŞƏRH)
"Quberniya sistemi Rusiyada olduğu kimi federativ quruluşlu dövlətlərdə özünü doğruldur. Azərbayan isə unitar dövlətdir”.

Bunu Azia.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycanda idarəetmənin quberniya sisteminə keçidin mümkünlüyü barədə danışarkən deyib. C. Nuriyev bu fonda quberniya deyil, əyalət sisteminə keçidi daha uğurlu hesab edir:

"Ölkənin yeni idarəetmə sisteminə keçidi vacibdir. Amma bu fonda quberniya deyil, əyalət sisteminə keçidin tərəfdarıyam. Azərbaycanda quberniya sistemi alınmayacaq. Bu sistem Rusiyada olduğu kimi federativ quruluşlu dövlətlərdə özünü doğruldur. Azərbayan isə unitar dövlətdir. Ona görə də əyalət sisteminə keçid daha uğurludur”.

Həmsöhbətimizin fikrincə, ölkə 10 əyalətə bölünməlidir:

"Qarabağ işğaldan azad olunub. Həm də ermənilərlə birgəyaşayış forması kimi əvvəlki sovet sistemi yaramır. Bələdiyyələr isə idarəetmədə paralelliyin olması səbəbindən özünü doğrultmadı. Bələdiyyələr icra hakimiyyətlərinin əlavəsi rolunda çıxış edir. Onlar arasında olan qarşıdurmadan isə dövlət uduzur. Bütün bu vəziyyət isə ölkədə idarəetmənin əyalət sisteminə keçidi vacib edir. Azərbaycanda 10 əyalət yaradılmalıdır”.

Azərbaycan hökuməti quberniya sisteminə keçidə hazırlaşır? (ŞƏRH)
Ekspert onu da qeyd edib ki, yeni idarəetmə sistemində hazırda icra hakimiyyətlərində çalışanların 80 faizi ixtisara düşəcək:

"Hər rayon üzrə ştatda uzağı indikinin 20 faizi qalacaq. Bu isə idarəetməni asanlaşdıracaq, təsərrüfat fəaliyyətilə isə bələdiyyələr məşğul olacaq. Əyalət rəhbərləri isə bilavasitə dövlət siyasətini həyata keçirəcəklər”.

Qeyd edək ki, bir sıra mətbu orqanlarda Azərbaycan hökumətinin quberniya sisteminə keçidə hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Bunun üçün referenduma gediləcəyi də söylənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi