azia.az
azia.az

Azərbaycanın müdafiə nazirinin müavini Moskvada səfərdədir

23-08-2021, 14:31

Azərbaycanın müdafiə nazirinin müavini Moskvada səfərdədir
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə Azia.az Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi