azia.az
azia.az

Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı artır - Spiridonov

22-08-2021, 14:00

Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı artır - Spiridonov
"Qarabağda atəşkəsin yenidən intensiv pozulma hallari təəssüf ki, regionda yeni müharibənin başlamasına səbəb ola bilər".

Bunu açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.
Ukraynalı ekspert bildirib ki, müharibə bütün tərəflər üçün sərfəli seçim deyil:

"Yeni müharibə bununla pul qazana bilən və ya mövqelərini gücləndirə bilən dövlət üçün maraqlıdır. Heç şübhəsiz ki, o da Azərbaycan və ya Ermənistandan çox Rusiyadır.
Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı artır - Spiridonov
Düşünürəm ki, müharibə bütün münaqişə tərəfləri üçün sərfəli deyil. Janet Rankinin dediyi kimi - "Müharibədə qalib gəlmək zəlzələni qazanmağın mümkün olmadığı qədər mümkün deyil".

Daha yaxşı silah səviyyəsi və Türkiyədən göstərilən dəstəyə görə bu gün Azərbaycanın mövqeyi daha yaxşıdır. Buna baxmayaraq, bütün problemləri diplomatik yollarla həll etmək daha yaxşı seçim olardı".

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi