Con Sapko: ABŞ inanılmaz səhvlər buraxdı
ABŞ Əfqanıstanda dövlət sturukturunun bərpasında təəccüb doğuracaq səhvlərə yol verdi.
Azia.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlətçiliyin yenidən qurulması üzrə baş inspektoru Con Sapkonun hesabatında deyilir.
Bildirilib ki, ABŞ-ın regiona gəldiyi 20 il müddətində Əfqanıstanda dövlət qurulması və müharibəyə təxminən trilyon dollar pul xərclənib:
"Qərb koalisiyanının itkiləri təkcə maddi deyil. 2001-ci ildən bəri terrorçularla döyüşdə 2444 amerikalı, 1444 müttəfiq əsgəri, 66 mindən çox yerli hərbçi və 48 min vətəndaş həlak olub. ABŞ Əfqanıstandakı tapşırıqları müəyyən zamanlarda dəyişsə də, əsas bəndləri qeyd etmək olar: Əfqanıstanda digər terror qruplaşmalarının baş qaldırmaması üçün Əl-Qaidəni məhv etmək, Talibana qalib gəlmək lazım idi. Daha sonra yeni hökumətin formalaşması üçün Kabilə yardım edilməli idi. Hökumətin formalaşması ilə bağlı dəstək məsələsi olduqca çətin idi. Vaşinqton burada çox səhvlər buraxdı. ABŞ hökuməti genişmiqyaslı işləri dəyərləndirə bilmədi”.