azia.az
azia.az

Türk professor: ABŞ məğlubiyyətini etiraf etdi

18-08-2021, 09:20

Türk professor: ABŞ məğlubiyyətini etiraf etdi
ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı açıqlamaları bu ölkənin siyasi və hərbi anlamında məğlubiyyətinin göstəricisidir.

Azia.az xəbər verir ki, bu sözləri türkiyəli professor Hüseyn Bağcı deyib.

“Buna ikinci Sayqon travması da deyilir. Lakin ABŞ nəticə etibarilə NATO və Qərbin lideridir. Əfqanıstanda məğlub oldu. Taliban isə beynəlxalq aləmə inteqrasiya olmaq istəyirsə, hüquq normalarına riayət etməlidir. Məsələn, BMT-nin 5 daimi üzvünü tanımalıdır. Taliban Əfqanıstan tarixində yeni proses başladır, lakin ölkə daxilində də idarəetmə, maliyyə, siyasi olaraq strukturlaşma yaratmalıdır. Əli “Kalaşnikov” tutanlarla əli qələm tutanların eyni olmadığını bilmək vacibdir. Dövlət mexanizminə ehtiyac var”, - deyə Bağcı bildirib.

Qeyd edək ki, Bayden Əfqanıstanda insan haqları və demokratiyanı qorumağa davam edəcəklərini söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi