Qarabağda iş imkanlarını nəzərdən keçirin - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.
Azia.az xəbər verir ki, Lavrov burada infrastrukturun yenidən qurulduğunu bildirib:
“Orada indi infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə yenidən baxmağı xahiş edərdim. O məncə iqtisadi sərfəli olacaq, vacib olan odur ki, bizim yaxın qonşuluğumuzda olan bu hissədə iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getsin”, – deyə o bildirib.