Lavrov yenidən Bakıya gəlir
Səfər bu həftənin sonuna planlaşdırılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə , səfər bu həftənin sonuna planlaşdırılır.
Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.
"Yaxın saatlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yeni təmaslar barədə məlumat ola bilər".