Qarabağ savaşı: Moskva danışıqlarında nə olacaq?
Azərbaycanın və Ermənistanın XİN başçıları Ceyhun Bayramovla Zöhrab Mnasakanyan cümə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşərək müzakirələr aparacaqlar.
Görüşün Bayramov-Mnaskanyan formatında, yaxud üçtərəfli müzakirə olacağı barədə dəqiq məlumat yoxdur.
Əslində, bu, o qədər də vacib deyil.
Vacib olan Dağlıq Qarabağ münaqişəsinin çözülməsi məsələsi, onun situativ vəziyyəti və yaxınmüddətli perspektivdəki inkişaf məcrasıdır.
Rusiyanın XİN başçısı Sergey Lavrov bəyan edib ki, oktyabrın 10-da Moskvada keçirilmiş görüşlə bağlı ümidləri doğrulmayıb. Humanitar atəşkəslə bağlı əldə olunmuş ikinci anlaşmaya da Ermənistan əməl etmir.
Rayonlarımız, şəhər və kəndlərimiz fasiləsiz bombalanır.
Gərgin, çox təhlükəli vəziyyətdir.
Ali Baş Komandan, dövlət başçımız İlham Əliyev Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə və münaqişəni müzakirə etməyə razılıq verib.
Təşəbbüs Paşinyanındır - o, indiyədək gündə bir neçə dəfə bravur bəyanatlar versə də, tam sarsaq və debiloid deyil, şizofreniyaya da mübtəla olmayıb. Anlayır ki, Qarabağ cəbhəsində vəziyyət ermənilər üçün günbəgün, saatbasaat pisləşir. Hətta faciəli hal alır.
Azərbaycan ordusu humanitar atəşkəs rejiminə tam riayət etsə də, düşmənin fasiləsiz hücumlarına cavab vermək məcburiyyətindədir.
Bu isə özündə düşmənin atəş nöqtələrinin, mövqelərinin zərərsizləşdirilməsini və ələ keçirilməsini özündə ehtiva edir.
Baş tutması ehtimal edilən Moskva danışıqlarından bəhs etməzdən əvvəl qısa situativ analizə varaq ki, vəziyyətdən xəbərdar olaq.
Əfsuslar olsun ki, düşmənimizdə kollektiv şüur, tarixi həssaslıq, etnorasionallıq və dövlət düşüncələri yoxdur.
Olsaydı, normal dövlət qurar, tarix boyu imperiyaların iti rolunu oynamış millət statusundan qurtularaq normal yaşayar, gələcəklərini təmin edərdilər.
Etmədilər, əvəzində uydurma tarixlərindən və mifik "soyqırım" iddialarından ikiəlli yapışaraq bu absurdu psixoloji narrativ halına saldılar, milli səviyyədə isteriyaya döndərdilər.
Əvəzində hər şeyi itirdilər: keçmişi də, indini də, gələcəyi də. Obyektiv olaraq yoxdur, olan, sadəcə, korrelyasiya olunmamış gerçəklikdir.
Ermənistanın gələcəyi yoxdur, "failed state"dir. Yəni itirilmiş dövlət.
Məhz bu səbəblərdir Paşinyanı absurd açıqlamalar verməyə vadar edən.
Moskvada İlham Əliyevlə Nikol Paşinyanın görüşündən nə gözlədiyimi də müəyyənləşdirən ekspozitiv anlamlardan biridir bu.
Ermənistanın baş naziri dünya birliyinə müraciət edərək deyir ki, Dağlıq Qarabağın "dövlət müstəqilliyi"" tanınmalıdır.
Yenə marazm: Ermənistanın özü bu addımı atmağa qorxur, çəkinir, amma başqalarından istəyir, yalvarır.
N.Paşinyan anlayır, amma etiraf etmək istəmir ki, Azərbaycan belə "tanınma"ya əsla imkan verməyəcək və əgər Ermənistan rəhbərliyi, siyasi isteblişmenti belə suisidal qərar qəbul etsələr, rəsmi Bakı dərhal Ermənistana müharibə elan edə bilər.
Ermənistanda siyasi şüur çürüdüyündən, ölkəni idarə edənlərinsə yetəricə siyasi savadları və təcrübələri olmadığından onlar nə etdiklərini, nə dediklərini ciddi təhlil edə bilmirlər.
Məsələn, N.Paşinyan Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində tam paranoidal açıqlama verib: "Dağlıq Qarabağda əcnəbi yaraqlıların peyda olmasına Rusiyanın reaksiya vermək ixtiyarı var. İstisna etmirəm ki, bu terrorçuların Rusiyaya sızmalarının qarşısını almaq üçün Rusiyanıın hökumətində və ya xüsusi xidmət orqanlarında Dağlıq Qarabağda antiterror əməliyyatının keçirilməsi variantı müzakirə olunur. Suriyada olduğu kimi, Dağlıq Qarabağda da Rusiya terrorla mübarizə aparmalıdır".
Göründüyü kimi, Ermənistanın baş naziri çağdaş geosiyasətin reallıqlarını, tarixi, bölgə dövlətlərinin maraq və mənafeləri prizmasından proseslərin cərəyanını, ümumiyyətlə - yaşanan proseslərin keçmişini, indisi və perspektivlərini bilmir, anlamır, dərk etmir.
Ermənistanın məğlubiyyətini şərtləndirən məqamlara, daha doğrusu vəsilələrə baxaq.
1. Dağlıq Qarabağın müstəqilliyi, qarabağlı ermənilərin öz müqəddəratını təyin etmək hüququ. Bu, aşkar və hərfi mənada separatçılıqdır. Rəsmi İrəvan dərk etmir ki, hazırda dünyanın heç bir ölkəsi (!) separatçılığı dəstəkləmir. Sadəcə, iki istisna var: superdövlətin müstəsna marağı və qonşu dövlətin mənafeyi.
Belə maraqlarla mənafelər geosiyasətdə ifrat dərəcədə az olur. Dağlıq Qarabağ məsələsi belə maraqlar arasında deyil.
Bütün dövlətlərin, xüsusilə də superdövlətlərin separatizmlə bağlı problemləri var. Öz müqəddəratını təyin etmək hüququ və ya bir etnosun iki dövlət yaratmaq istəyi müasir geosiyasətdə çox pis niyyət sayılır.
2. Ərazi bütövlüyü prinsipi. Yalnız köhnəlmiş sovet kitablarını oxuyan və onları hələ də aktual sayan adamlar düşünürlər ki, millətin öz müqəddəratını təyin etmək hüququ ilə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi eyni qüvvəyə malikdir.
Predmetli beynəlxalq siyasətdə dövlətin ərazi bütövlüyü prinsipi danılmazdır və mütləq prioritet sayılır.
3. "Xilas olmaq üçün müstəqillik". Nikol Paşinyan son aylarda bu ifadəni çox işlədir, "qarabağlı ermənilər xilas olmaq üçün müstəqilliklərinin tanınmasını istəyirlər" söyləyir.
Lakin bu bisavad dərk etmir ki, "xilas olmaq" ifadəsi konkret halda qarabağlı ermənilərin Azərbaycanın yurisdiksiyasından çıxmalarını, ayrılmalarını ehtiva edir.
Çıxmaq və ayrılmaq üçünsə ilk əvvəl orada olmalısan. Yəni, Paşinyan etiraf etmiş olur ki, Dağlıq Qarabağ de-yure və de-fakto Azərbaycan ərazisidir, qarabağlı ermənilər də ayrılmaq istəyirlər. Bu isə əsla baş tutan deyil: səbəblər əvvəlki bəndlərdədir.
... Moskva danışıqları heç bir halda düşmənə azacıq da olsa, güzəştə getmək, Ermənistanın 28 ildən bəri təkrarladığı "qarşılılıqlıı kompromislər gərəkdir" ifadəsinin hansısa formada qəbulu deyil.
Azərbaycanın Ali Baş Komandanının mövqeyi dəyişməzdir: Ermənistan işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çəkir, sonra Dağlıq Qarabağdan bütünlüklə çəkilir.
Dəqiq qrafik tərtib olunur, bu qrafik razılaşdırılır və proses başlanır, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu Ermənistan rəsmən təsdiqləyir.
Bu şərtlər yerinə yetiriləcəyi təqdirdə danışıqlar prosesinin subyektivliyi hadisələrin kontekstinin çərçivəsində və məntiqində olacaq.
Əks təqdirdə, savaş.
Başqa yol yoxdur və ola da bilməz.
Elçin Alıoğlu
Milli.Az