ATƏT sədri Azərbaycana səfərə gəlib
ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak Azərbaycana səfərə gəlib.Azia.az "Report"-a istinadən xəbər verir ki, səfərdə məqsəd Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak etməkdir. ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşəcək. M.Layçak Slovakiya, o cümlədən ATƏT-lə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələr aparacaq.