“Rusiya həlledici rol oynaya bilər” – ATƏT sədri
“Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts “Sputnik”ə müsahibəsində bildirib.
“Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər”, – deyə S. Kurts vurğulayıb.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ və Dnestryanı münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.