azia.az
azia.az

Putin Ərdoğandan məsləhət aldı

14-04-2017, 10:30

Putin Ərdoğandan məsləhət aldı

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.

Bundan başqa, danışıqlar zamanı Rusiya ABŞ münasibətləri də müzakirə olunub. Putin Ərdoğanla ortada mövcud problemlərin həlli baxımından məsləhətlər alıb.( APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi