"Dərmanların ƏDV-dən azad edilməsi üzərində iş gedir"
“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi təklifləri barədə düşünmək lazımdır. Təkliflər var, amma bu təkliflərin üzərində işlənilməlidir”.
Bunu baş nazirin müavini Əli Əhmədov deyib: “Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər. Bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Bu hal büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.