Siqaretin tərkibində zəhərli maddələr – nikotin , qətran, karbon-monooksid var.
Monooksid qazı – səssiz ölüm adını almış, el arasında dəm qazı deyilən həmin maddədir.
Bundan başqa amonyak, arsenik maddələri və digər gübrələrin daxilində olan zəhərli maddələrdir ki, insan onu bilərəkdən qəbul edir. Ümumilikdə siqaretin tərkibində 11 zəhərli maddə var.
Normalda insan beyni zəhərli maddələrə qarşı qoruma gücünə malikdir. Amma siqaretdə bu mexanizm tam əksinə işliyir. Hətta ac olan insanın istəyindən daha güclüdür siqaret istəyi.
Bədənimizə daxil olan qidalar qan şəklində ilk olaraq qaraciyərdə filtir olunduqdan ürəyə, ordan ağciyərlərə gedir.
Ağciyərdə isə biz nəfəs aldıqca oksigenləşir, təmiz qana çevrilir və beləcə bqan dövr edir beyinə, ordan da geri ürəyə və.s. Siqaret çəkdikdə isə zəhərli maddələr daxil olur ağciyərə, oksigenləşən həmin zəhərli maddə qanla qarışaraq beyinə gedir.
Siqaret çəkənlərdə qan artıq zəhərlənmiş olur və üstəlik beyində buna alışma əmələ gəlir. Bu üzdən asıllıq yaranır. Siqaret də narkotik və şəkər kimi beyini özünə tabe edir.
medicina.az