azia.az
azia.az

ÇİN ƏSGƏRLƏRİNİN QALIQLARI XÜSUSİ TƏYYRƏ İLƏ QAYTARILDI

Bu gün, 10:46


Cənubi Koreyadan 30 Çin Xalq Könüllüsü əsgərinin qalıqlarını “Y-20” tipli təyyarə ilə Çinə çatdırılıb.

Xəbər verilir ki, ABŞ Təcavüzünə Qarşı Mübarizə və Koreyaya Yardım Müharibəsi (1950–1953) zamanı həyatını itirən 30 Çin Xalq Könüllüsü əsgərinin qalıqlarını cümə günü Cənubi Koreyadan Çinə gətirilib.

Həlak olan əsgərlərin qalıqlarını və onlara məxsus 267 şəxsi əşyanı daşıyan Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Y-20” yük təyyarəsi, Çinin şimal-şərqində yerləşən Liaoning əyalətinin mərkəzi Şenyang şəhərindəki Taoxian Beynəlxalq Hava Limanına enib.

Xatırladaq ki, 2014-cü ildən bəri Çin və Cənubi Koreya, Cənubi Koreyada tapılan Çin Xalq Könüllüsü əsgərlərinin qalıqlarının təhvil verilməsi ilə bağlı 12 mərhələli proses həyata keçirib. Bu müddət ərzində ümumilikdə 1011 əsgərin qalıqları Çinə qaytarılıb.

Nigar Hacılı 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi