Qaraciyəri ziyanlı maddələrdən təmizləyən 4 möcüzə
Qaraciyər orqanizmdə çox mühüm fuksiyaları yerinə yetirir. Digər funksiyalarla yanaşı qaraciyər orqanizmi xaricdən daxil olan və orqanizmin özündə əmələ gələn ziyanlı maddələrdən təmizləyir. Qaraciyər sözün əsl mənasında orqanizmin filtridir. Məhz bu səbəbdən qaraciyərin fəaliyyəti dayandıqda insan çox az bir müddət ərzində intoksikasiydan həlak olur.
Azia.az qaraciyəri detoksikasiya edən ən yaxşı məhsulları təqdim edir.
Lakin qaraciyətin özünə də detoksikasiya lazımdır.
1. Çuğundur
Çuğundur qaraciyərin vəziyyətinə çox yaxşı təsir edir, qaraciyərin hüceyrələrini ziyanlı təsirlərdən qoruyur, şişəleyhinə təsirə malikdir. Mütəxəssislər qaraciyərin sağlamlığı üçün hər gün bir neçə tikə bişmiş çuğundur və ya çuğundur salatı yeməyi tövsiyə edirlər.
Salata bir az sarımsaq əlavə etmək olar. Sarımsaq da qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir.
2. Ənginar
Bu tərəvəz qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Ənginar ödün ifrazını artırır, qaraciyərin toksinlərdən təmizlənməsi prosesini stimullaşdırır.
Təəssüf ki, bu faydalı diyetik məhsul bizdə populyar deyil. Ənginarı suplara, salatla əlavə etmək, sobada bişirmək olar.
3. Alma
Pekinlərlə zəngin olduğundan alma orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir və bununla da qaraciyərin işini asanlaşdırır. Hər gün 2-3 alma yeyin. Bu qaraciyəri təmizləməyə və fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
4. Limon şirəsi əlavə olunmuş ilıq su
Bu ən tanınmış və effektli detoks reseptidir.