azia.az
azia.az

Ermənistanın Səhiyyə Nazirliyi: Ölkəni “İtalyan modeli" təhlükəsi gözləyir

23-10-2020, 11:40




Əgər koronavirusun yayılmasının rekord tempi dayanmasa, Ermənistanı "İtalyan modeli" təhlükəsi gözləyir.
Ermənistanın Səhiyyə Nazirliyi: Ölkəni “İtalyan modeli" təhlükəsi gözləyir
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan Xəstəliklərin Qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib.

Onun sözlərinə görə, ölkədə həkimlərə COVID-19 xəstələrini və ya yaralı əsgərləri seçmək kimi təhlükəli vəziyyət yarana bilər.

Abovyan qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilirmiş: “Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı”.

"Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər", - Abovyanı deyib.

O, qeyd edib ki, COVID-19-un yoluxmasına həmçinin insanların aktiv hərəkəti, sıx ünsiyyət, toplaşmalar, könüllü kömək dəstələrinin formalaşması şərait yaradıb.

Xatırladaq ki, pandemiyada "İtalyan modeli" termini ötən qış İtaliyada bir gündə on minlərlə insanın təhlükəli infeksiyaya yoluxması, bəzən sutkada minlərlə insanın COVID-19-dan ölməsindən sonra yaranıb.

Qeyd edək ki, Ermənistanda ötən gün 2 mindən çox insanda COVID-19 aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi