Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Ümumilikdə Azərbaycanda koronavirusla bağlı 4765 test aparılıb.
Azia.az bildirir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə indiyədək 137 min 379 test həyata keçirilib.
Hazırda reanimasiyada olan xəstələrin sayı 20, süni tənəffüs cihazında olan xəstələrin sayı 11 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.