azia.az
azia.az

İrandan ziyarətdən qayıdan 23 nəfər Cəlilabadda karantinə yerləşdirildi

26-02-2020, 11:15

İrandan ziyarətdən qayıdan 23 nəfər Cəlilabadda karantinə yerləşdirildi
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Virtualaz.org xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, ilkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir. Hər iki qurum ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Ü. Xudiyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi