Tramp Rusiyaya qarşı sanksiyaları blokladı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salan fərman imzalayıb.
Xəbər verilir ki, Ağ Evin rəsmi saytında yayılan məlumata görə, qərarın səbəbi ABŞ-nin milli maraqları ilə əlaqələndirilib. Məlumata əsasən, İran və ABŞ arasında müharibənin qlobal iqtisadiyyata təsiri, xüsusilə yanacaq qiymətlərinin artması Vaşinqtonun enerji siyasətinə də təsir göstərib. Bunun fonunda ABŞ Konqresi Rusiya nefti və təbii qazının ən böyük idxalçılarına gömrük rüsumlarının tətbiqini nəzərdə tutan qanun qəbul edib.
Tramp sentyabrın 18-də Rusiya hökumətini, dövlət şirkətlərini və Rusiyadan enerji idxal edən ölkələri hədəf alan tarifləri nəzərdə tutan qanun layihəsini imzalayıb. Lakin oktyabrın 9-da Tramp qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə yüz minlərlə ton dizel yanacağının tədarükü barədə razılıq əldə etdiklərini açıqlayıb. Bu razılaşmadan sonra ABŞ prezidenti sanksiyaların qüvvəyə minməsinə iki gün qalmış onların tətbiqini dayandırmaq qərarına gəlib. Ağ Evin açıqlamasında bu addımın milli maraqlarla bağlı olduğu bildirilib.
Bəsti Rəfizadə