azia.az
azia.az

Deputatın dərman bazarında MÖHTƏKİR MARAĞI..

30-07-2019, 08:22


Dərman bazarında yeni qadağalar bahalaşmaya səbəb olacaq. Bu günlərdə əldə etdiyimiz xəbərin təsdiqini sosial şəbəkəlrdə rast gəldik.
Deputatın dərman bazarında MÖHTƏKİR MARAĞI..
Məlumata görə, Səhiyyə Nazirliyinin qərarı ilə 800 adda dərman satışdan çıxarılır: "Bunlar analgin, menovazin, biseptol və daha bir neçə adda dərman".

Məlumatlı mənbənin dediyinə görə satışdan çıxardılan dərmanlar əslində ucuz dərmanlardır. Əslində satışa icazə verilmiş "firma analoqları" onlardan 10-15 dəfə bahadırlar.
Məlumata görə, əslində səhiyyə nazirliyi tərəfindən tətbiq olunan son qadağa ilə dərman firmalarının lobbiçilərinin istəyi həyata keçmiş olur. Bu işdə Azəırbaycanda dərman bazarında söz sahibi olan "AVROMED" şirkətinin xüsusi rolu var. Başda "AVROMED" olmqla dərman bazarının söz sahiblər öz firma dərmanlarının bazarını genişləndirmək üçün bu gün bahalı dərmanların analoqu olan və illərin sınağından çıxmış bahalı dərmanların ucuz analoqlarını qanunla bazardan çıxardırlar. Bu da kasıb təbəqənin vəziyyətini dahada ağırlaşdırır.
Xatırladaq ki, "AVROMED" şirkəti deputat Cavanşir Feyziyevə aiddir. Doğrudur, hörmətli deputat artıq sözügedən quruma rəhbərlik etmədiyini desə də, reallıq bunun tam əksini söyləyir.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq.(teref.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi