“10 faiz məmur Azərbaycan xalqının varını çapıb-talayır, xaricə daşıyır” - ETİRAZ
Uşaqlıqda bayramların gəlişinə, süfrələrin xüsusi bəzədilişinə, hər bayrama məxsus adətlərin yerinə yetirilməsinə o qədər həvəslə yanaşardıq ki, çalışardıq bu bayram bütün bayramlardan daha gözəl keçsin. Zaman keçdikcə, yaş üstə yaş gəldikcə bayramlara olan həvəs, istək, maraq nədənsə sanki azalmağa başladı. Elm-mədəniyyət nümayəndələri, tarixçilər də bildirirlər ki, zaman keçdikcə bayramlar unudulur, qədim adət-ənənələr tamamilə başqa bir forma almağa doğru gedir.Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) məsələ ilə bağlı fikirlərini Bizimyol.info xəbər portalı ilə bölüşən zaman bildirib ki, əslində axırıncı çərşənbənin adı odla bağlıdır. Amma bu gün hansısa səbəbdən, “Torpaq çərşənbəsi” deyirik.
“Bu, Allahın insanlara verdiyi 4 ünsürdür. Allah kainatın içərisində Yer adlı planet yaradıb və orada əvvəl torpaq, hava, daha sonra isə su və od yaradıb. Hava sözünü dəyişib, yel ediblər. Amma yel, külək deməkdir. Bu sözü də düzəltmək lazımdır.
Salavat gücə bağlıdır. İnsanlar bayramları, toy-nişan işlərini və hətta dəfn mərasimlərini də o zaman təmtəraqlı edirlər ki, onların bunu etməyə şəraiti və maddi imkanları olur. İnsanlar gecə-gündüz bir parça çörək haqqında, aldığı qəpik-quruşu bir-birinə calamaqla ay sonuna çartırmağı düşünürlərsə, əlbəttə ki, təmtəraqlı bayram keçirdə bilməyəcəklər.
Azərbaycanın havayı olan qazı, suyu, benzini, istehsal etdiyi digər şeylər bizə baha satılırsa, onun müqabilində maaşlarda, əmək haqlarında cüzi artım olursa, bununla yaşamaq olarmı? 300 manatla bir ailə dolana bilərmi? Azərbaycan xalqı fokslar, min bir həngamə ilə çalışırlar ki, ay sonuna, növbəti məvacibə çıxa bilsinlər. Başı bu işlərə qarışan, dolanmaq dərdinə düşən, başı min bir problemlə qarışan millətin təmtəraqlı bayram etməyə həvəsi, istəyi ola bilərmi? Unutmayaq ki, salavat gücə bağlıdır. Yaxşı güzaran, yaxşı bayram, ovqat, əhval-ruhiyyə, toy-bayram deməkdir. Bunların heç biri olmadıqdan sonra insanlar dəli deyillər ki, çırtıq çalıb, oynasınlar”.
Xalq artistinin sözlərinə görə, bütün insanların getdikcə milli-mənəvi dəyərlərdən uzaqlaşması, bayramlarımızın ucuzlaşması, gözdən düşməsi, onun bayram kimi qeyd edilməsinə heç bir imkan, məhəbbətin olmaması hamısı dolanışıqla bağlıdır.
“Maraqlıdır ki, məmurlar bu bayramları dünyanın ən zəngin otellərində, villalarında kef içərisində keçirdirlər. Axı, ölkə bu 10 faiz məmurdan ibarət deyil. Həmin 10 faiz bu gün Azərbaycan xalqının varını, dövlətini çapıb-talayır, xaricə daşıyır. Elə dəhşət də burasındadır”.
Mənbə:My Webpage