azia.az
azia.az

Heydərova medal verən Çupriyan kimdir? - FOTO

Dünən, 20:53

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransı keçirilir. Konfrans dekabrın 6-da başa çatacaq.

Tədbir çərçivəsində dünən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib. Mükafat Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan tərəfindən təqdim olunub.

Federasiyasının prezidentinin soyadının Çupriyan olması onun milli mənsubiyyəti ilə bağlı müzakirələrə səbəb olub.

Metbuat.az ictimai marağı nəzərə alaraq, Aleksandr Çupriyanla bağlı araşdırma aparıb. Məlum olub ki, general-polkovnik Çupriyan milliyyətcə rusdur. O, 23 mart 1958-ci ildə Rusiyanın Komi Muxtar Respublikasının Uxta şəhərində anadan olub. Atasının adı Pyotrdur. Hazırda Rusiya fövqəladə hallar nazirinin birinci müavini vəzifəsində çalışır.

Fotoda: Aleksandr Çupriyan

Nazim Hüseynzadə / Metbuat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi