Musiqili Teatrında “Brodvey” layihəsi...
Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti Azərbaycan Dövlət Musiqili Teatrında “Brodvey” musiqi layihəsini həyata keçiriəcək. Bu barədə Lent.az-a teatrdan verilən məlumatda deyilir. Layihə ilə bağlı razılıq Musiqili Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşdə əldə edilib. ABŞ səfirliyinin dəstəyi ilə reallaşacaq layihənin 2016-cı il may ayının ortalarında həyata keçirilməsi qərara alınıb.
Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə görüşən ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri, nümayəndə heyətinin rəhbəri xanım Emi Pitersen Bakıda fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur “Company-E” ilə ortaq layihələr haqqında fikir mübadilə aparıblar. Qeyd edilib ki, “Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. E.Pitersen Azərbaycanda “Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanının Musiqili Teatr olduğunu bildirib. “Brodvey ” musiqi layihəsi ABŞ ilə Musiqili Teatrın ilk ortaq işi olacaq.