Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Xəbər verilir ki, o, bununla bağlı sosial media paylaşımında bildirib:
“Dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəm və millətim adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”.