azia.az
azia.az

Bu şəhərlər su altında qalacaq

14-09-2018, 06:40

Bir qrup amerikalı tədqiqatçı 21-ci əsrin sonlarına qədər dəniz səviyyəsinin yarım metrdən çox artması səbəbiylə dünyada böyük sahilyanı şəhərlərin su altında qalma ehtimalı barədə növbəti açıqlama veriblər.

Axar.az xəbər verir ki, ekspertlər dəniz səviyyəsinin yüksəlməsini nəzərdə tutan iqlim modellərini yaratmaq üçün 25 ildən çox müddətdə əldə edilən peyk məlumatlarını təhlil ediblər və məlum olub ki, 1993-cü ildən etibarən dünya okeanlarının səviyyəsinin yüksəlməsi əlavə olaraq 0.084 millimetr sürətlənib. Bu dövrdə orta artımın 2,9 millimetr səviyyəsində olduğunu nəzərə alsaq, 2005-2100-cü illər ərzində okeanın 65 santimetr artacağı təxmin edilir.

Qeyd edək ki, ekspertlər Banqladeş, Şanxay, Cənubi Florida və Vaşinqtonun bir hissəsinin su altında qalacağına dair ehtimal irəli sürüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi