azia.az
azia.az

Növbəti dövrdə məzənnə necə dəyişəcək? – Ekspert

17-05-2017, 16:14

Növbəti dövrdə məzənnə necə dəyişəcək? – Ekspert


Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da, valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, əslində bazarda olan vəziyyət hərraclara da öz təsirini göstərməlidir:

“İqtisadi baxımdan bazardan baha qiymətə dollar alan banklar hərracda da daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər. Aydındır ki, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır. Bazarda tələbin yüksəlməsi isə mövsümü olaraq xarici səfərlərini planlaşdıran vətəndaşlarımızın xarici valyutaya tələbinin yüksəlməsi, büdcə xərcləmələrinin artması və Beynəlxalq Bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının bazara psixoloji təsirləri ilə əlaqədardır”.

Növbəti dövrdə məzənnənin necə dəyişəcəyinə gəlincə, iqtisadçının sözlərinə görə, bu, büdcə xərcləmələri, eləcə də manat bazasının səviyyəsi və nağdlaşdırmaya tətbiq edilən limitlərdən asılı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi