azia.az
azia.az

Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...

Bu gün, 11:00

Pis yuxu rejimi beynin “təmizlənməsinə” mane olur – toksinlər yığılır

Alimlərin araşdırmalarına görə, pis və nizamsız yuxu rejimi beynin özünü təmizləmə mexanizmini zəiflədir və toksinlərin yığılmasına səbəb ola bilər.

Məlumata görə, beyin toxumalarında toplanan zərərli maddələrin, o cümlədən Alzheimer xəstəliyi ilə əlaqələndirilən amiloid-beta zülalının xaric olunmasında yuxu mühüm rol oynayır. Normal şəraitdə bu proses glimfatik sistem vasitəsilə həyata keçirilir. Həmin sistem beyin hüceyrələri arasında hərəkət edən maye vasitəsilə toksinləri “yuyaraq” qan dövranına ötürür.

Tədqiqatlar göstərir ki, glimfatik sistem xüsusilə dərin yuxu mərhələsində daha aktiv olur. Lakin yuxu apnoesi, insomnia və digər yuxu pozğunluqları bu mexanizmin fəaliyyətini zəiflədir. Nəticədə toksinlər, o cümlədən amiloid-beta beyində daha çox toplanır.

Mütəxəssislərin sözlərinə görə, yuxusuzluq və ya gecə ərzində qısa, keyfiyyətsiz yuxu beynin “təmizləmə” funksiyasını pozur, bu da yaddaşın zəifləməsi və diqqət problemləri ilə nəticələnə bilər.

Həkimlər bildirirlər ki, müntəzəm və keyfiyyətli yuxu rejiminə əməl etmək beyin sağlamlığı üçün son dərəcə vacibdir. Xroniki yuxu problemləri və yaddaş pozğunluqları müşahidə olunduqda isə həkimə müraciət etmək tövsiyə olunur.

Qeyd edilir ki, yuxunun yaxşılaşdırılmasının demensiyanın qarşısını birbaşa alıb-almadığı hələ dəqiq sübut olunmayıb. Bununla belə, sağlam yuxu beyin funksiyalarının qorunmasına kömək edir və uzunmüddətli riskləri azalda bilər.//Milli.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi