azia.az
azia.az

AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ KATARAKTA ALZEYMER, PARKİNSON KİMİ XƏSTƏLİKLƏRƏ QARŞI TERAPEVTİK MÜALICƏ ÜSULU TƏKLİF EDİRLƏR

29-09-2021, 08:36

 AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ KATARAKTA ALZEYMER, PARKİNSON KİMİ XƏSTƏLİKLƏRƏ QARŞI TERAPEVTİK MÜALICƏ  ÜSULU TƏKLİF EDİRLƏR
Son illər aparılan tədqiqatlar Alzeymer, Parkinson və s. bu kimi zülal amiloid xəstəliklərinin dünya əhalisi arasında çox geniş yayıldığını göstərir.
Adıçəkilən xəstəliklər yaşla əlaqəli xəstəliklər sinfinə aid edilir. Bir çox digər xəstə¬lik¬lər və onların yaratdığı fəsadlar, məsələn katarakt, şəkərli diabet və s., zülal aqreqasiyası və amiloid əmələ gəlməsi ilə müşahidə olunur. Amiloid xəstəliklərinin yaxın gələcəkdə dünyanın böyük tibbi və iqtisadi problemi olacağı gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliyanın Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb.
Tədqiqat işlərinə Azərbaycan tərəfindən AMEA-nın Biofizika İnstitutunun direkto¬ru, müxbir üzv Oktay Qasımov, İtaliya tərəfindən isə Kimya Elmləri və Texnologiyaları İnstitutunun (Milan şəhəri) alimi Laura Ragona rəhbərlik edir. Uzun müddət aparılan tədqiqat işində Biofizika İnstitutunun dissertantı Aidə Məmmədzadə yaxından iştirak edib.
Belə ki, aparılan tədqiqatlara söykənərək ipək fibroini zülalının amiloid əmələ gəlmə mexanizminin insan orqanizmində baş verən patoloji fibril əmələ gəlməsi ilə oxşar olması göstərilib.  AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ KATARAKTA ALZEYMER, PARKİNSON KİMİ XƏSTƏLİKLƏRƏ QARŞI TERAPEVTİK MÜALICƏ  ÜSULU TƏKLİF EDİRLƏR
Həmçinin, müxtəlif biofiziki yanaşmalardan (Konqo Red testi, dairəvi dixroizm, dinamik işıq səpilməsi, molekulyar dokinq, polarizə edilmiş işıq mikroskopu və flüoressensiya) istifadə eməklə antibiotik kimi yaxşı tanınan fusidik turşusunun fibroinə qarşı anti-aqreqasiya agenti kimi fəaliyyət göstərməsi müəyyən edilib. Fusidik turşusu insanlarda istifadə üçün təsdiqlənib və hazırda oftalmologiyada istifadə olunur.
Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq, fusidik turşusunun katarakt əməliyyatı zamanı aqreqasiyaya uğramış büllur materialında da anti-aqreqasiya agenti funksiyasını yerinə yetirdiyi müəyyən edilib. Maraqlıdır ki, fusidik turşusu nəinki zülalların amiloid əmələ gəlməsinin qarşısını alır, hətta artıq yaranan amiloidləri parçalaya bilir. Tədqiqatların nəticəsi göstərir ki, fusidik turşusunun istifadəsi bir çox amiloid xəstəliklərinin inkişafının qarşısının alınmasında və müalicəsində mühüm rol oynaya bilər.
Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında çap olunan məqalədə (Sodium Fusidate Prevents Protein Aggregation of Silk Fibroin and offers new perspectives for human lens material disaggregation, Biophysical Chemistry) öz əksini tapıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi