azia.az
azia.az

Bu giləmeyvə arıqlamağa kömək edir

9-02-2024, 13:54

Elmi cəhətdən sübut edilib ki, qarağatın gündəlik istehlakı böyüklərə ildə 19 kq-a qədər arıqlamağa kömək edir. Bu, giləmeyvənin bədəndə yağ əritməsi prosesini sürətləndirməsi ilə əlaqədardır.

Redaktor.az bu barədə "Dietary Supplements and Nutraceuticals" jurnalına istinadən xəbər verir.

Jurnalda dərc edilən məqalədə qeyd olunub ki, qarağat ekstraktının istehlakı idmanın təsiri ilə eynilik təşkil edir və istirahət zamanı belə 61 % yağ yandırma gücünə malikdir. 

Həmçinin, qara qarağat tərkibindəki C vitamininin miqdarına görə giləmeyvələr arasında birinci yeri tutur. Orqanizmin həmin vitaminə olan gündəlik tələbatını ödəmək üçün cəmi 20 ədəd qara qarağat yemək kifayətdir. O, onkoloji xəstəliklərə tutulmaq riskini də azaldır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi