Bioloji fəallığa malik qida əlavələri necə reklam edilməlidir?
Bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi daşıyır. Bu məhsullar bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərindən istifadə edilməklə farmasevtik formada hazırlanır və onların gündəlik qəbuletmə dozası müəyyənləşdirilir.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamı sahəsində xüsusi tələblər müəyyən edilib. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Bundan əlavə, tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında:
Bioloji fəallığa malik qida əlavələrinin reklamının sifarişçisi reklam istehsalçısına və reklam yayıcısına onların tələbi əsasında aşağıdakı sənədlərin surətini təqdim etməlidir:
Ölkəmizdə mövcud olan reklam qanunvericiliyinə əsasən, istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilmiş bu cür reklamlar və ya haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar bioloji fəallığa malik qida əlavələrinin reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.