Bir müddətdir Amerikaya köçən və sosial şəbəkələrdə Ali Morf kimi tanınan həmvənimiz Nyu Yorkun mərkəzində sorğu keçirib.
Milli.Az xəbər verir ki, əsl adı Əli Kazımov olan soydaşımız Nyu Yorkun "Time skver" meydanında şəhər sakinlərinə Azərbaycanla bağlı sual ünvanlayıb.
O, Azərbaycan bayrağını orada olan şəxslərə göstərərək ölkəni tanıyıb-tanımadıqlarını soruşub.
Sorğu keçirilən şəxslər arasında Azərbaycanı, hətta paytaxt Bakını tanıyan da olub, tanımayan da. Hətta insanlar arasında ölkəmizi "Eurovision" yarışmasından tanıdıqlarını deyənlər də tapılıb.
Qeyd edək ki, videoda Əli bayrağı bir neçə dəfə səhv tutuğuna görə hər kəsdən üzr istəyib. O bildirib ki, hava soyuq olduğuna görə bayrağı tez-tez açıb-bağlamalı olub və bu səbəbdən fikiri yayınıb.
Ceyhun Ələkbərov