azia.az
azia.az

Özünü ölü göstərmək üçün oxşarını .....

3-02-2023, 09:12

Özünü ölü göstərmək üçün oxşarını öldürdü - 50-dən çox bıçaq zərbəsi

Almaniyada ağlasığmaz qətl hadisəsi baş verib.

Novoye-vremya.com big.az-a istinadən bildirir ki, ötən ilin avqust ayında İnqolştadt şəhərində 50-dən çox bıçaq zərbəsi ilə qətlə yetirilən meyit tapılıb.

Ölən şəxsin 23 yaşlı, İraq əsilli kosmetoloq Şahraban K. olduğu bildirilib. Hətta onun ailəsi də meyitə baxış zamanı bunu təsdiqləyib.

 Lakin istintaq nəticəsində məlum olub ki, Şahraban K. ailəsindəki problemlərə görə rəsmi olaraq ölü görünmək və gizlənmək istədiyi üçün özünə bənzəyən 23 yaşlı gözəllik bloqeri Xədicəni öldürüb.

Şahraban K. və onun sevgilisi Şeqir K. polis tərəfindən saxlanılıblar.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi