azia.az
azia.az

"Tik-Tok"da iki azərbaycanlı məşhur arasında dava: "Jetonla səni qışqırdırlar..."

15-06-2022, 07:57


Aparıcı Azər Zahid ilə rejissor Kənan Mahmudov arasında qalmaqal yaşanıb.
"Tik-Tok"da iki azərbaycanlı məşhur arasında dava: "Jetonla səni qışqırdırlar..."
Xəbər verilir ki, "Tik-Tok"da oyuna qoşulan ikili arasında gözlənilmədən dava düşüb.

Oyunda uduzan K.Mahmudov davranışı və danışıq tərzi ilə A.Zahidi özündən çıxarıb.

“Bilirsən ki, gül ağzım açılsa, susmayacam. Mən kiminsə jetonu ilə oturub-durmuşam? Yeri gəlsə hər kəsə, elə sənə də jeton atmışam. Məni başqası ilə səhv salma. Uduzmusansa, qəbul et. Sən bunu qəbul etməyi bacarmırsan”, - deyə Azər qarşı tərəfə sözləri ilə hücüma keçib.

Kənan isə Azərə qarşılıq verərək, “Rəqəmlər də göstərir ki, uduzmuşam. Təbrik edirəm. İzləyicilərə də təşəkkür edirəm ki, sənə hədiyyə atıblar” fikirləri ilə aranı sakitləşdirməyə çalışıb.

Azər isə polemikanın sonunda, "Bu sözlərini sənə yaraşdırmadım. Səninlə hər zaman hörmət saxlamışam.

Məni sözlərinlə təhqir edirsən. Məni heç kim nə jetonu, nədə pulu ilə qışqırda bilməz. Lazım olsa mən qışqırdaram. Sənin dediyin sözlər sənin yaşına yaraşmır. Məndən də 6-7 yaş böyüksən" deyə bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi