azia.az
azia.az

“Elə bil yeraltı saunadır“ - Aytən

2-09-2016, 13:56

“Elə bil yeraltı saunadır“ - Aytən
Aparıcı Aytən Səfərova metrodan şikayətlənib

Axşam.az-ın məlumatına görə, metrodan istifadə edən aparıcı havalandırma sisteminin işləmədiyini bildirib.

Fikirlərini izləyiciləri ilə bölüşən A.Səfərova bunları qeyd edib:

“Bakı Metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər metrostansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, “havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz”.

Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Havalandırma sistemini düzəldin, insanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik mənfi hal bu boyda işi kölgədə qoyur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi