Rusiyanın ən varlı qadınları - SİYAHI
"Forbes" Rusiyada internet mağaza "Wildberries"in baş direktoru və qurucusu Tatyana Bakalçuku ölkənin ən varlı qadınlarının illik reytinqində yeni lider seçib.
Azia.az oxu.az-a istinadən xəbər verir ki, siyahı qəzetin saytında dərc edilib.
Bildirilir ki, Bakalçukun sərvəti bir il ərzində 1 200 % artıb. Bu göstəriciyə görə o, "Forbes 2021"in reytinqində dünyanın bütün milyarderləri arasında ikinci yeri tutub. Onun sərvəti 13 milyard dollar qiymətləndirilir.
Mikayıl Şişxanovun "Inteko" şirkətinin satışından sərmayəsini artıran "Inteco Management"in keçmiş prezidenti Yelena Baturina ikinci yerdədir. Son bir ildə xarici KİV onun haqqında 1 391 dəfə məqalə yayımlayıb. Baturinanın sərvəti 1,3 milyard dollar dəyərində qiymətləndirilir.