“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası
14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.
Azia.az gent.az-s istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.
Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.
Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.
Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır.
Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.
Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub.
Cütlük hələ də oğlan arzusundadırlar.