Stress zamanı daha az yeməyin üsulu tapıldı
Müasir zamanda stress insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib.
“Azia.az ” xəbər verir ki, bir çox insanlar stressdən qurtulmaq üçün daha çox qida qəbul edir. Bunu da təbii səbəbləri var. Belə ki, stressli olan insanın beyini yüksək miqdarda qlükoza və digər qidalı maddələrə ehtiyac duyur. Onları isə qida ilə təmin edirik. Lakin qidanın çox qəbulu qarşıda piylənməyə gətirib çıxara bilər.
Diyetoloq, tibb elmləri namizədi İrina Berej “Sputnik” radiosuna verdiyi müsahibəsində bildirib ki, sakitləşmək üçün bütöv bir tort və ya bir kiloluq dondurma yeməyə ehtiyac yoxdur:
“Bunu üçün bir parça şokolad kifayətdir. Zövq gətirən məhsullar seçməlisiniz. Deyək ki, şokoladı sevirsinizsə, kiçik bir şokolad yeyə bilərsiniz və əhvalınız yaxşılaşar. Yeganə şey məhdudiyyətdir: zövq almaq üçün yemək lazımdır və bunu gündəlik vərdişə çevirmək lazım deyil”.
Sakitləşmək üçün çox miqdarda şirniyyatların tez-tez qəbulu istənilən nəticəni verməyəcək. Əksinə, bir müddətdən sonra müsbət təsir azalacaq və stress qalıcı olacaq.