azia.az
azia.az

Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar

6-01-2019, 00:44

Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Veteninfo.az xəbər verir ki, ötən həftə mətbuatda xaricdə keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailəsinə məxsus olan onlarla şirkət və elit mülk haqda yazılar yer alındıqdan sonra, bloqer Cavanşir Həsənli sabiq nazirin çoxmilyonlu aktivlərinin Böyük Britaniyada, Almaniyada, Avstriyada, Çexiyada, Kiprdə və Türkiyədə cəmləndiyi barədə sənədlər tapmağa nail olub.



Bu binanın sahibi Lətif Bağırovdur
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar


Cavanşir Həsənli öz araşdırmasının davamını yayıb. Həmin araşdırmadan məlum olur ki, keçmiş nazirin oğlu Lətif Bağırov Almaniyada 6 milyon avroya bina alıb.Informasiyaya əsasən, Lətif Bağırov və onun bacısı Sevinc Bağırova hələ 2006-cı ilin sentyabrında Venada Liegenschaftsverwertungs GmbH şirkətini qeydiyyatdan keçiriblər. Şirkət FN 283461 f qeydiyyat nömrəsinə malikdir, ofisi isə Venada HütteldorferstraBe 110 ünvanında yerləşir.Hazırda bu şirkətin səhmlərinin 94 faiz Lətif Bağırovun WU Immo Center GmbH alman şirkətinə məxsusdur, 6%-i isə Hüseynqulu Bağırovun bacısı Düriyə Nuriyevanın mülkiyyətindədir.

WU Immo Center GmbH 11 iyun 2016-cı ildə Vupertal şəhərində qeydiyyata alınıb, sonra isə Hofkamp 71 ünvanında yerləşən binanı alıb. Hazırda bina kirayəyə verilir və sahiblərinə hər ay hər kvadrat metrə görə 8,25 avro gəlir gətirir. Əvvəlcə Düriyə Nuriyeva da WU Immo Center GmbH şirkətinin sahibkarlarından hesab edilirdi, amma iyul 2017-ci ildən onun tək sahibi Lətif Bağırovdur.Şirkətin nizamnamə kapitalı cəmi 25 min avro təşkil edir, baxmayaraq ki, Almaniyada onun aktivləri 6,17 milyon avro dəyərində qiymətləndirilir.

Bloqer, həmçinin Qlazqoda yerləşən Buchanan Arms mehmanxanasının şəkillərini yayıb. Baxmayaraq ki, mehmanxana cəmi üç ulduza malikdir, müalicə və istirahət üçün çox gözəl yer hesab edilir. Mehmanxananı şəxsən Sevinc Bağırova idarə edir. Mehmanxana personalının şəkillərindən birində Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov da obyektivə düşüb.(Virtualaz.org)
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar
Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni faktlar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi