“Azəriqaz” İB Xəzər rayon sakinlərini qanunsuz cərimələyib – vətəndaş ŞİKAYƏTİ
Xəzər rayon sakinləri AZİA.AZ saytının redaksiyasına məktubla müraciət ünvanlayıblar.
Müraciətdə göstərilir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 2018-ci ilin yanvar-mart ayları ərzində Xəzər rayonu Şüvəlan qəsəbə sakinlərini guya təbii qazdan sayğacdan kənar istifadə etdiyinə görə yüksək məbləğdə cərimləyib.
Vətəndaşların şikayət məktubunda bildirilir ki, qaz xəttinə müdaxilə (sayğacdan kənar istifadə) adı ilə 25 yanvar 2018-ci ildə Xəzər rayonu Şüvəlan qəsəbəsi, Sabir küçəsi, ev 56-da qeydiyyatda olan olan Xanumana Əyyub qızı Kərimova (Abonent kodu: 100307405600000) 110 manat,
Xəzər rayonu Şüvəlan qəsəbəsi, Sabir küçəsi, ev 45, mənzil 1-də qeydiyyatda olan Seyfulla Fərzulla oğlu Nəsirov (Abonent kodu: 100307404500031) 17 mart 2018-ci ildə 650 manat,
Xəzər rayonu Şüvəlan rayonu, Sabir küçəsi, ev 54-də qeydiyyatda olan Məmmədqulu Rafiq oğlu Şəfiyev (Abonent kodu: 100307405410000) 25 yanvar 2018-ci ildə 600 manat,
Xəzər rayonu Şüvəlan rayonu, Nizami küçəsi, Dön.4, Dal.1, ev 2-də qeydiyyatda olan Anar Zahir oğlu Rzayev (Abonent kodu: 100306102100040) 2018ci ilin yanvar ayında 827,40 manat cərimələnib.
Vətəndaşların redaksiyamıza ünvanladığı məktubda göstərilir ki, SOCAR-ın “Azəriqaz” İB-nin əməkdaşları qanunsuz olaraq onları sayğacdan kənar istifadə bəhanəsi ilə yüksək məbləğdə cərimələyiblər.
AZİA.AZ saytı olaraq vətəndaşların şikayətini araşdırmaq üçün "Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin bütün zənglərimiz cavabsız qaldı.
Mövzunu diqqətdə saxlayacaq, vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi, cərimlərinin silinməsi üçün bütün müvafiq qurumlar qarşısında məsələ qaldıracağıq.