Laçında “Simurq” kitabxanasını bağladılar
Son vaxtlar Maliyyə Nazirliyinin göstərişi əsasında guya büdcəyə qənaət məqsədi ilə dövlət idarələrində struktur dəyişikliyi geniş miqyasda davam etməkdədir. İdarələrdən işçilər ixtisara salınaraq işdən çııxarılır. Büdcəyə qənaət devzi altında Mədəniyyət nazirliyi də bunları əsas götürərək yerlərdə klubları, mədəniyyətə aiid bir çox idarələri bağlayır. Baxın, söhbət mədəniyyət idarələrindən gedir. Bir başa mədəniyyətimizə və tariximizə qənim kəsilərək hətta kitabxanaların da bağlanmasına nail olurlar. ![]()
Sosial şəbəkədə aktiv olan və Lçının yaşayan tarixi kimi hər kəsin qəlbində özünə yer tapan Qəzənfər Hüseyn “Simurq” kitabxanasının bağlanması haqda məlumat paylaşıb. Paylaşımda belə deyilir:![]()
“2024 cü ilin fevral ayında Bakı Abadlıq Xidməti tərəfindən Laçında kitabxana yaradılanda ilk kitab bəxş edənlərdən biri də mən oldum, şəxsi kitablarımdan 100-dən artıq kitab bəxş etdim. Və mənim təşəbbüsümlə kitabxanaya şəhərimizə Laçın adının verilməsini təklif edən 1920 ci illərdə Azərbaycan Xalq Maarif Komissarı, yazıçı Tağı Şahbazi Simurqun adı verildi. ![]()
Çox təəsüf ki, artıq 6 aydır ki, kitabxana bağlanılıb. Ən pisi də odur ki, müxtəlif respublika təşkilatlarının, görkəmli yazıçıların və ayrı-ayrı tanınmış şəxslərin Laçın Simurq kitabxanasına bəxş etdikləri kitabları indi də kino klubunun zirzəmisinə yığmaq istəyirlər. Mədəniyyət ocağına və bilik mənbəyi olan kitablara belə münasibət yaramaz”![]()
Bu həm mədəniyyətimizin, tariximizin, həm də uşaqların gələcəyinin məhvinə yönəlik addımdır.
Zamanında AMEA-nın prezidenti, İsa Həbibbəyli, Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış yazıçı və şairlər kitabxananı ziyarət edib müəllifi olduqları kitabları kitabxanaya hədiyyə ediblər. Və bu işin gnclərin gələcəyində mühüm rol oynadığını bildiriblər. ![]()
Yazıçı və şairlər də “Simurq” kitabxanasının bağlanmasına etiraz edir
Laçın şəhərində fəaliyyət göstərən “Simurq” kitabxanasının bağlanacağı açıqlanıb. Kitabxananın fəaliyyətinin artıq 6 aydır dayandırıldığı, hazırda isə müəssisənin tamamilə bağlanması ilə bağlı qərar verildiyi bildirilib.![]()
Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü ildə Laçın şəhərində yaradılıb.![]()
Qısa müddət ərzində kitabxananın rayonun mədəni-maarif ocaqlarından birinə çevrildiyi qeyd olunur.
Məlumata görə, kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Yazıçılar Birliyi, M.F. Axundov adına Milli Kitabxana, eləcə də yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddətdə kitabxanada 4 minə yaxın kitab toplanıb.![]()
Kitabxananın bağlanması ilə bağlı yayılan açıqlamada qeyd olunur ki, Laçının yenidən qurulduğu, xarici turistlərin marağının artdığı və sakinlərin şəhərə qayıtdığı bir dövrdə belə bir mədəni-maarif ocağının fəaliyyətinin dayandırılması təəssüf doğurur.![]()
Açıqlamada kitabxananın bağlanmasının yalnız bir müəssisənin fəaliyyətinin dayandırılması olmadığı, şəhərin formalaşan mədəni həyatında mühüm bir ünvanın itirilməsi olduğu vurğulanıb.
Xəbər verilir ki, məsələ ilə bağlı yazıçı Nadir Yalçın da mövqeyini bildirib.![]()
O, kitabxananın bağlanmasına münasibət bildirərək istehza ilə yazıb:
“Bağlayın, bağlayın, yerinə kababxana açın, harda işıq gördünüz, barmağınızı tıxayın dibinə kimi”.
O cümlədən şair Şəhanə Müşfiq də məsələyə belə mövqe bildirib:![]()
“Biz yazılarımızda, çıxışlarımızda kitabı, kitabxanaları təbliğ edək, mütaliənin faydalarını bar-bar bağıraq, aidiyyatı qurumlar da azad Laçının ilk maarif qaranquşunu- kitabxanasını bağlasın ki, lazım deyil! Səbəb nədir bilmirəm, bilmək də istəmirəm. Bildiyim tək şey odur ki, kitabımız bağlanır!”.![]()
Qeyd edək ki, hazırda kitabxananın 4 minə yaxın kitabdan ibarət fondunun taleyi ilə bağlı əlavə məlumat verilməyib.