ABŞ İranda uzun müddət müəyyən etməyə çalışdığı hədəfləri məhv edib - Tramp
ABŞ İranda uzun müddətdir müəyyən etməyə çalışdığı bir neçə hədəfi məhv edib.
Musavat.com xəbər verir ki, bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. Trampın sözlərinə görə, son 24 saat ərzində ABŞ-ın "uzun müddətdir axtardığı" "bir çox hədəf" Amerika qüvvələri tərəfindən müəyyən edilib və məhv edilib. O, heç bir təfərrüat və ya detal açıqlamayıb.