azia.az
azia.az

Fransa diplomatlarını təxliyə edir – İran xaos içindədir

Dünən, 11:40

Fransa İrandakı səfirlik əməkdaşlarının bir hissəsini təhlükəsizlik səbəbləri ilə təxliyə edib.

“Frans Press Agentliyi”nə istinadən xəbər verilir ki, diplomatlar ölkəni 11–12 yanvar tarixlərində tərk ediblər. Səfirlikdə çalışan 30 nəfərdən neçəsinin təxliyə edildiyi açıqlanmayıb.

Fransa Xarici İşlər Nazirliyi açıqlayıb ki, bu addım zorakılığın kəskin artması və etiraz aksiyalarının təhlükəli xarakteri ilə əlaqədar missiyanın fəaliyyətinin yenidən təşkili məqsədi daşıyır. Nazirlik vurğulayıb ki, səfir və vacib işçilər fransız vətəndaşlarına dəstək vermək üçün Tehranda fəaliyyətlərini davam etdirirlər.

Məlumatlara görə, təxliyə olunan diplomatlar etirazlar və hakimiyyətin sərt müdaxiləsi fonunda ölkəni tərk ediblər. Bu addım, İranda internet və rabitənin kəskin şəkildə məhdudlaşdırıldığı bir vaxtda həyata keçirilib.

Cavid, BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi