azia.az
azia.az

İlham Əliyev: “Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi”

Bu gün, 18:11

“Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu”.
 Bu fikirləri Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində sakinlərlə görüşündə bildirib.
 “Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiya yaratmaq məqsədilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdi.
Ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz və xəyanətkar fəaliyyəti ilə ölkəmizi dərin böhrana salmışdı. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın-Xankəndi yolunun itirilməsi - bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə işğala, böyük işğala yol açdı.

 

Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə Qələbə qazanmışıq. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı işğala tam son qoymasaq da, heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və o vaxt hələ işğal altında olan bütün digər qəsəbə və şəhərlər azad olunacaq.


İki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər”, - deyə Dövlət başçısı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi