azia.az
azia.az

ABŞ lideri Rusiyaya ultimatum verdi-Avqustun 8-ə qədər...

Dünən, 07:37

ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

Xəbərə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.

"Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ prezidenti vurğulayıb. "Report"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi