Türkiyənin İstanbul şəhərində naməlum silahlı şəxs özünü partladacağını bildirərək insanları təhdid edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ səfirliyi yaxınlığında baş verib. Bir qədər sonra polis şəxsi həbs etməyə nail olub.
Məlumata görə, saxlanılan şəxs Yaxın Şərq ölkələrindən birinin vətəndaşıdır. Polis hədələrə baxmayaraq şəxsin üzərində partlayıcı maddə aşkarlamayıb.
Hazırda ABŞ səfirliyi ətrafında vəziyyətin stabil olduğu bildirilir.