Əfqanıstanın şərqində Host əyalətində baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi ilə baş verib.
Ramazan ayının ilk günündə törədilmiş partlayış nəticəsində ikisi uşaq olmaqla daha 6 nəfər yaralanıb.