azia.az
azia.az

Ərdəbildə partlayış - 7 ölü, 8 yaralı

11-03-2017, 12:12

Ərdəbildə partlayış - 7 ölü, 8 yaralı


İranın şimal-qərbində yerləşən, Cənubi Azərbaycanın Ərdəbil şəhərində partlayış baş verib.

azia.az Axar.az-a istinadən xəbər verir ki, güclü partlayış nəticəsində bir ev yanaraq yararsız hala düşüb.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, evdə yanıcı maddənin partlaması nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Mizan Xəbər Agentliyi isə yaralı sayının 8 olduğunu bildirib.

Məlumata görə, Novruz bayramı öncəsi qeyd olunan çərşənbələr zamanı gənclər bir sıra partlayıcı maddələrdən istifadə edir. Nəticədə belə hallara tez-tez təsadüf olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi